15 ildir hər il anım günündə buraya gəlirəm - Qarabağ qazisi

12:56 12.12.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Ali Baş Komandanımız Heydər Əliyev döyüş bölgəsinə gəldi. Bizimlə söhbət etdi. Zabit və əsgər heyəti arasında ruh yüksəkliyi yaratdı. Bu görüşdən sonra Horadiz əməliyyatı baş tutdu. Cəmi 17 itki verərək düşmənin istehkamlarını dağıtdıq. 22 kənd və bir qəsəbəni işğaldan azad etdik".

Bunu hafta.az-a açıqlamasında I Qarabağ müharibəsi veteranı, birinci qrup əlil Qardaşxan Əzizov dedi. O, ümummilli lider Heydər Əliyevlə iki dəfə görüşdüyünü deyib: "Horadiz alınandan sonra Heydər Əliyev yenə cəbhə bölgəsinə gəldi. Birinci yaralananlarla görüşdü, sonra əsgərlərlə. Onda mən də yaralı idim. Həmin döyüşdə gözümü itirmişdim. Gəldi. Əl verib görüşdü. Sən qəhrəmansan dedi. Ömrümün ən unudulmaz günü idi. 2003-cü ilin 12 dekabrı türk dünyası üçün böyük itkidir. Çünki biz böyük siyasətçini, komandanı itirdik. 15 ildir hər il anım günündə buraya gəlirəm. Ziyarət edirəm. Allah ulu öndərə rəhmət etsin".