ANAMA ərazilərin minalardan təmizlənməsi prosesini davam etdirir

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt
AzƏrbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ötən ayda 3 milyon 988 min 948 kvadratmetr ərazini yoxlayıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizləyib. ANAMA-nın mətbuat xidmətindən verilən məlumata görə, 726 PHS və 6 ədəd tank/2 ədəd piyada əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib. Əməliyyatlarda 480 nəfər minaaxtaran mütəxəssis və 120 nəfər yardımçı heyət iştirak edib. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 32 minaaxtaran it cəlb olunub. Xatırladaq ki, indiyədək cəmi 173 milyon 652 min 942 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 663 min 873-dür. Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Bərdə, Füzuli, Goranboy, Göygöl, Qazax, Şəmkir, Tərtər, Abşeron rayonu Kirdağ palçıq vulkanları ərazisində, eyni zamanda, Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir. Yeri gəlmişkən, ANAMA tərəfindən Gürcüstan nümayəndələri üçün təşkil olnan təlimlər də davam etdirilir. Məlumata görə, mütəxəssislərimiz tərəfindən Gürcüstan Hərbi Bazasında 15 nəfərlik heyət üçün ikihəftəlik Keyfiyyətə Təminat və Keyfiyyət Yoxlaması Kursu başa çatıb.
Vüsal