20 Yanvar faciəsi ilə Qazaxıstandakı olaylar arasında oxşarlıq var – AMİP lideri

18:51 20.01.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Bakıdakı 20 Yanvar 1990-cı il qanlı olaylarıyla son günlər Qazaxıstanda baş vermiş faciəli hadisələr arasında  paralel öncə ondan ibarətdir ki, hər iki hadisə xalqın hakimiyyətdən narazılığı fonunda baş verib.

Bu fikirləri hafta.az-a AMİP lideri, istiqlalçı deputat Etibar Məmmədov deyib:

“Ancaq fərq ondadır ki, Qazaxıstan artıq müstəqil dövlətdir. Amma, təəssüf ki,  ölkənin hazırkı rəhbərliyi daxili məsələlərin həlli, daha doğrusu, öz hakimiyyətini qorumaq üçün başqa dövlətlərin qoşunlarını dəvət elədi və  bu vasitə ilə öz təhlükəsizliyini təmin etdi. Yəni kənardan ordu dəvət etmək məsələsində 20 Yanvar və son Qazaxıstan hadisələri arasında oxşarlıq var...”

Oxunma sayı 79