“2019-cu ildə 34 Yanvar şəhidinin ailəsi mənzillə təmin olunub” - Nazir müavini

14:43 18.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2006-cı il yanvarın 19-da Prezident İlham Əliyevin fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib.

Hafta.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

Onun sözlərinə əsasən, fərmana uyğun olaraq 20 Yanvar şəhidləri fəxri adı almış şəxslərin ailələri 100 manat, I dərəcə əlilliyi olanlara 250 manat, II dərəcə əlilliyi olan şəxslərə 230 manat, III dərəcə əlilliyi olan şəxslərə isə 210 məbləğində Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri verilir: “Bu təqaüdlərlə yanaşı, 20 Yanvar hadisələri ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslərə 150 manat, II dərəcə əlilliyi olan şəxslərə 130 manat, III dərəcə əlilliyi olan şəxslərə isə 110 manat aylıq müavinətlər ödənilir. 20 Yanvar hadisələri ilə əlaqədar şəhid olmuş şəxslərin ailə üzvlərinin əmək pensiyası almaq hüququ olmayan hər birinə aylıq sosial müavinət ödənilir. 20 Yanvar hadisələri ilə əlaqədar şəhid olmuş şəxslərin ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinə 93,5 manat məbləğində əlavə hesablanıb”.

Nazir müavini deyib ki, 20 Yanvar hadisələri ilə əlaqədar şəhid olan şəxslərin övladlarının orta ixtisas təhsil müəssisələrində, Azərbaycanın ali təhsil müəssisələrinə bakalavriat və magistratura səviyyəsində, AMEA-nın magistratura səviyyəsində ödənişli əsaslarla təhsil haqqı 2014-2015-ci il tədris ilindən etibarən dövlət büdcəsi vəsaiti hesabına ödənilir: “Bununla yanaşı, 20 Yanvar əlillərinin, şəhid ailələrinin dövlət büdcəsi hesabına mənzil və avtomobil təmin edilməsi istiqamətində də məqsədyönlü işlər aparılır. Nazirlik tərəfindən bu günə qədər 116-ı 20 Yanvar əlil və şəhid ailəsi mənzil, 92-si isə avtomobillə təmin edilib. Xüsusilə olaraq qeyd edim ki, 2019-cu ildə 34 yanvar şəhidinin ailəsi mənzillə təmin olunub".

Oxunma sayı 28