2023-cü il bəşər tarixində ən isti il ​​olacaq

09:26 21.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2023-cü il temperaturların ölçülməsindən bəri bəşər tarixində ən isti il kimi yaddaşlarda qalacaq.

Hafta.az-ın TASS-a istinadən yazdığına görə, Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib ki, bu, həm antropogen, həm də təbii amillərlə bağlıdır.

2023-cü ilin bütün müşahidə tarixində Yer kürəsinin ən isti ili olacağını bildirən Vilfand, bunun Sakit Okeanda istixana effektinə və temperatura təsir edən qaz konsentrasiyasının artması ilə əlaqədar olduğunu açıqlayıb.

O, Ümumdünya Meteorologiya Təşkilatının məlumatlarına əsaslanaraq, "Hesablamalara görə, noyabr, dekabr və bütün cari il rekord dərəcədə isti olacaq" deyib.

Vilfandın fikrincə, bunun iki səbəbi var. Birincisi, istixana effektinə töhfə verən qaz konsentrasiyasının, ikincisi isə Sakit Okeanda temperaturun artmasıdır.

Alimlərin iqlim cəhətdən aktiv olan, yəni iqlimi müəyyən edən qazların dinamikasının təhlili nəticəsində müəyyənləşdirib ki, dəm qazı, azot oksidi və metan konsentrasiyası artmaqda davam edir. Bu, ekvatorial Sakit okeanda temperaturun artmasına səbəb olur ki, bu da El Niño adlanan dünyanın iqliminə qlobal təsir göstərir.

Rus meteoroloq El Nino-nun böyük ehtimalla 2024-cü ilin yazına qədər davam edəcəyinə diqqət çəkərək, bu göstəricilərin gələn ilin soyuq olmayacağını və bütün dünyada temperaturun artacağını göstərdiyini bildirib.