Beynəlxalq səyahət nəşrinin qabaqcıllarından olan və 50 illik nəşrini tamamlayan "Lonely Planet", beş kateqoriya üzrə səyahət etmək üçün ən yaxşı istiqamətləri açıqlayıb.
Hafta.az-ın yazdığına görə, tarixi, təbii abidələri, havası, sosial-iqtisadi infrastrukturu, yerli mədəniyyəti, mətbəxi, incəsənəti - ümumiyyətlə, hər bir kəsi tam məmnun edəcək şəhərlərin siyahısı tətbiq edilib. Səyahətsevərlərə maraqlı olar deyə həmin siyahıdan ilk onluğa düşən şəhərlərin adlarını sıralamaq istərdik.
Sevindirici haldır ki, ilk onluğa qardaş ölkə Türkiyənin İzmir Şəhəri başçılıq edir. İkinci yeri Fransanın paytaxtı Paris, üçüncü yeri isə Kanadanın Monreal şəhəri tutur.
Siyahıda dördüncü pillədə Çexiyanın paytaxtı Praqa, beşinci pillədə isə Bosniya və Herseqovinanın Mostar şəhəri qərarlaşıb.
Altıncı yeri ABŞ-ın Filadelfiya, yeddinci yeri Braziliyanın Manaus, səkkizinci yeri Keniyanın paytaxtı Nayrobi, doqquzuncu yeri İndoneziyanın paytaxtı Cakarta tutur. İlk onluğu ABŞ-ın Kanzas Siti şəhəri tamamlayır.