22 yaşlı oğlan məktəbin həyətində özünü asdı

10:00 18.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kürdəmirdə 22 yaşlı gənc intihar edib.

 

Hafta.az xəbər verir ki, rayonun Şahbəyli kənd sakini, 1999-cu il təvəllüdlü Səfərov Əli Habil oğlu özünü kənd məktəbinin həyətində asıb.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Oxunma sayı 27