23 yaşlı oğlan evində bıçaqlandı

22:46 04.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda bıçaqlanma hadisəsi olub.

Hafta.az-ın məlumatına görə, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş, 1996-cı il təvəllüdlü Məmmədov Seymur Nizami oğlu qəsəbənin Mirzəyev küçəsi ev 4-də yaşayan, 1996-cı il təvəllüdlü Atakişiyev Mahir Əlixan oğlunun evinə gələrək qısqanclıq zəminində mübahisə edib.

Mübahisə nəticəsində S.Məmmədov üzərində gəzdirdiyi bıçaqla M.Atakişiyevə zərbə endirib. Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlayıb, hadisəni törətməkdə şübhəli bilinən S.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.