266 nəfərlə bağlı Baş Prokurorluğa müraciət edilib - Səbəb

13:37 16.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Son 8 ayda saxta əlillik və əsassız əlilliklə mübarizə çərçivəsində 266 nəfərlə bağlı Baş Prokurorluğa müraciət olunub”.

 

Hafta.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib.

 

O qeyd edib ki, elektron sistemlər bunun qarşısını alır: “Elektron sistem bunların qarşısını almağa kömək edir. Bu sistem vasitəsilə data bazalardakı məlumatlar dəqiqləşdirilir”.

Oxunma sayı 18
Gündəm rubrikasından digər xəbərlər