28 yaşlı reper güllələnərək öldürüldü - FOTO

18:21 16.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Wavy Navy Pooh” ləqəbi ilə tanınan reper Şendler Boben güllələnərək öldürülüb.

Hafta.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ötən gün, ABŞ-nin Mayami şəhərində axşam saatlarında baş verib. 28 yaşlı reper "Toyota Camry" markalı avtomobilini idarə edibmiş. Bu zaman "Lexus" maşını ilə onu təqib edənlər Şendleri döngədə pusquya salıb və qətlə yetirib.

Hadisə zaman avtomobildə olan 1 və 5 yaşlı uşaqlar, eyni zamanda adı açıqlanmayan qadın hər hansı xəsarət almayıb. Polis hadisə ilə bağlı araşdırma aparır.  

Qeyd edək ki, reper iki il əvvəl də avtomobildə olarkən ayağından vurulub.

Oxunma sayı 21