3 otaqlı ev yanıb

18:44 14.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şirvanda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Şirvan şəhərində ümumi sahəsi 60 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü və ev əşyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.