38 yaşlı kişi küçədə bıçaqlandı 

15:59 19.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda küçədə bıçaqlanma hadisəsi baş verib.

Hafta.az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanının qarşısında qeydə alınıb.

Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini, 1973-cü il təvəllüdlü Novruzov İlqar Ələşrəf oğlu xuliqanlıq zəminində Abşeron rayon sakini, 1981-ci il təvəllüdlü Əsədullayev Faiq Meydan oğluna sol çiyin, sol kürək, sol sifət və sol bud nayihələrindən 4 bıçaq zərbəsi vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.