4 otaqlı ev yanıb

23:52 07.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İmişli rayonunda yanğın hadisəsi olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, İmişli rayonunda ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.