500-dən çox məhbus həbsxanadan qaçdı 

16:53 29.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şri-Lankada reabilitasiya mərkəzindən 500-dən çox məhbus qaçıb.

 

Hafta.az xəbər verir  ki, Şri-Lankada polis rəsmiləri paytaxt Kolombodan 250 kilometr şimal-şərqdə yerləşən və narkotiklə bağlı cinayətlərə görə məhkum olunanların müalicə olunduğu Kandakadu Reabilitasiya Mərkəzindən məhbusların qaçdığını açıqlayıb.

 

Səlahiyyətlilər 1000-ə yaxın insanın müalicə olunduğu mərkəzdən qaçan 500-dən çox məhbusun tutulması üçün əməliyyata başladıqlarını bildiriblər.

 

Ölkədə 300 minə yaxın insanın narkotiklə mübarizə apardığı paylaşılıb.

Oxunma sayı 110