65 il evli olan cütlük eyni gündə vəfat edib

12:57 11.09.2019 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Amasya şəhərində 65 il evli olan cütlük eyni gündə vəfat edib. 

Hafta.az xəbər verir ki, Ahmet və Həbibə Kartal cütlüyü 65 il davam edən evlilikdən sonra eyni gündə dünyasını dəyişib. Belə ki, dünən səhər saatlarında qəflətən halı pisləşən 89 yaşlı Hacı Ahmet Kartal çatdırıldığı xəstəxanada vəfat edib. Həyat yoldaşının ölüm xəbərini alan 80 yaşlı Həbibə Kartalın da halı axşam saatlarına yaxın pisləşib. O da aparıldığı xəstəxanada dünyasını dəyişib.

Cütlüyün 65 il davam evlilikdən dördü oğlan, üçü qız olmaqla yeddi övladları var.