71 il bir yerdə yaşayan ər-arvad eyni gündə öldü

12:26 18.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Amerikanın Corciya ştatında 71 bir il birgə nikahda yaşayan ər-arvad eyni gündə dünyasını dəyişib. Hafta.az Daily Mail-ə istinadla xəbər verir.

Qerbert Deleyql Merilin Frensis Deleyqlla 1947-ci ildə Ueynsboroda onun işlədiyi kafedə tanış olub. Bir il sonra isə onlar ailə həyatı qurublar. Onların 6 uşaqları, 16 nəvələri, 25 nəticələri, 3 kötükcələri olub. Hər ikisi 12 iyulda Ueynsboro xəstəxanasına gətirilib. 94 yaşlı Qerbert saat 02,20-də, həyat yoldaşı Merilin isə ondan 12 saat sonra dünyasını dəyişib.

Qeyd edək ki, bu ilin yanvarında da 70 il bir yerdə yaşayan avstraliyalı cütlük eyni gündə ölmüşdü. Həkimlər hətta kimin əvvəl, kimin sonra öldüyünü dəqiqləşdirə bilmədiyi üçün hər ikisinə eyni saat diaqnozu qoyulmuşdu.