81 saylı avtobus yenə qəzaya düşdü

12:51 07.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mehdiabad qəsəbəsində “Çinar Trans” MMC-nin istismarında olan 81 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JZ 281 DQN-lı avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

 

Bakı Nqəliyyat Agentliyindən (BNA) hafta.az-a verilən məlumata görə, avtobus dönmə əməliyyatı edərkən minik avtomobili ilə toqquşub.

 

Qəza avtobus depodan reysə çıxmaq üçün Qaraçuxur qəsəbəsinə gedən zaman baş verdiyindən nəqliyyat vasitəsi boş olub. Minik avtomobilində olan iki nəfər xəsarət alıb. 


Hadisə ilə əlaqədar müvafiq araşdırma aparılır.

Oxunma sayı 172