90 milyon il əvvəl yaşamış mozazavr aşkar edildi

10:15 28.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Meksikada 5,2 metr uzunluğunda və təxminən 90 milyon il əvvəl yaşamış yeni mozazvr növü aşkar edilib.

Hafta.az-ın yazdığına görə, noyabrın 16-da Cənubi Amerika Yer Elmləri elmi jurnalında dərc edilən araşdırmaya əsasən, bu yeni növ dinozavrlarla eyni vaxtda dənizdə yaşayan mozazavrların alt növü olan Yaguarasauusr regiomontanusdur.

2023-cü ildə Meksikanın şimal-şərqindəki Nuevo Leon əyalətində Yaguarasaurus regiomontanusun böyük ölçüdə tam və yaxşı qorunmuş kəllə fosili tapılıb.

Mozasaurlar dənizdə sağ qalmağa imkan verən üzgəcləri olan nəhəng kərtənkələlər olub. 66-100 milyon il əvvəl Son Təbaşir Dövründə yaşamış bu canlılar dənizlərin ən böyük yırtıcıları idi.

Paleontoloqların fikrincə, yeni kəşf edilən növlər, təxminən 90-94 milyon il əvvələ uyğun gələn Son Təbaşir dövrünün Turon dövründə yaşayıb.

Mozazavrların Halisaurinae, Mosasaurinae, Tylosaurinae və Plioplatecarpinae adlı ən az 4 alt ailədən ibarət olduğunu bildirən elm adamları, aşkar edilən növün Plioplatecarpine cinsinə aid olduğunu bildirib.

Digər mozazavrlardan daha qısa bədənə malik olan Plioplatecarpinae həm də güclü üzgüçü idi.

Museo del Desiertodan paleontoloq Hektor Rivera-Silvanın rəhbərlik etdiyi qrup, Son Təbaşir dövründə 40-dan çox mozazavr növünün olduğunu, onlardan ən böyüyünün uzunluğunun 12 metrə çatdığını bildirib. 12 metr uzunluğunda olan Mosasaurus hoffmani indiki ən böyük köpəkbalıqlarından təxminən iki dəfə böyük idi.

Uzun və arıq bədənləri ilə sürətlə hərəkət edə bilən mozazavrlar, yüzlərlə dişi olan çənələri ilə ovlarını asanlıqla tuta bilirdilər.

Oxunma sayı 175