İçərişəhər xüsusi status alıb - Əsgər Ələkbərov 

15:15 23.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov Bakının mərkəzi rayonunun yaradılmasına münasibət bildirib.

Ə.Ələkbərov bu gün keçirdiyi mətbuat konfransında keçən ilin mart ayında Prezident İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşündə Bakıda mərkəzi rayonun yaradılması barədə təklif səsləndirdiyini bildirib və qeyd edib ki, hazırda bu istiqamətdə iş aparılır.

Ə.Ələkbərovun sözlərinə əsasən, Bakıda yeni mərkəz yaradılsa da, İçərişəhərin artıq özünün xüsusi statusu var.

O qeyd edib ki, 2005-ci ildən İçərişəhər Qoruğunun öz administrasiyası yaradılıb: "Bununla da İçərişəhər xüsusi bir status alıb. Bu, böyük bir statusdur. Ona görə də hesab edirəm ki, yeni mərkəzi rayon yaradılsa da, İçərişəhər özünün xüsusi statusunu saxlayacaq”.

Oxunma sayı 35
Sosial rubrikasından digər xəbərlər