İçərişəhərdə quldurluq edən şəxs saxlanılıb

17:39 06.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İçərişəhərdə quldurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini C.Rüstəmbəyli noyabrın 2-də saat 12 radələrində İçərişəhər, M.Maqomayev küçəsindəki evlərdən birinin qarşısında 1 nəfərin onu bıçaqla hədələyib 200 manatını aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş O.Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.