İctimai aişə obyektlərində bir masa arxasında 6 nəfərdən artıq toplaşmağa icazə verilmir - Operativ Qərargah

10:24 15.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 18-dən etibarən ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilir.

Hafta.az-ın məlumatına məlumata görə, açıq hava şəraitində xidmət göstərəcək kafe və restoranlarda qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq qadağandır.

İctimai iaşə obyektinin açıq hava sahəsi dedikdə, ən azı üç tərəfdən bütövlükdə hava axınına tam açıq (bir metrdən hündür hər hansı tikili və digər konstruktiv maneəsiz) sahə və ya üzəri tam açıq (açıq səma altında) sahə nəzərdə tutulur.

İctimai iaşə obyektlərinin giriş-çıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanı, o cümlədən dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsi və həmin qurğuların işlək vəziyyətdə olması təmin edilməlidir.

Oxunma sayı 1336
Sosial rubrikasından digər xəbərlər