İddiaçılar Turnirinin keçiriləcəyi şəhər müəyyənləşdi

23:29 11.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şahmat üzrə 2020-ci il İddiaçılar Turniri Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək.

Hafta.az xəbər verir ki, bununla bağlı Moskvada Beynəlxalq Şahmat Federasiyası (FIDE), Rusiya Şahmat Federasiyası və Sverlovsk Şahmat Federasiyası arasında saziş imzalanıb.

Yarış 15 mart – 5 aprel tarixində baş tutacaq.

Qeyd edək ki, İddiaçılar Turnirinə 8 şahmatçı qatılacaq. Azərbaycan qrossmeysteri Teymur Rəcəbov, eləcə də amerikalı Fabiano Karuana, çinlilər - Van Xao və Dinq Liren yarışa vəsiqə qazanıblar. Turnirin qalibi Şahmat Tacı uğrunda norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.