İki futbolçu milli komandadan kənarlaşdırıldı

17:52 20.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın 2 futbolçusu milli komandadan uzaqlaşdırılıb.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) hafta.az-a bildirilib ki, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçuları Elnur Hüseynov ("Neftçi", qapıçı) və Vüsal Şabanov ("Zaqatala", qapıçı) nizam-intizam qaydalarını pozduqlarına görə (siqaret çəkdikləri üçün) komandanın heyətindən kənarlaşdırılıblar.

Hər iki futbolçunun intizamsız davranış barədə məxsus olduqları klublara AFFA tərəfindən məlumat göndərilib.

Oxunma sayı 339