İlham Əliyev ölkədə ciddi islahatlara başlayıb - Məlahət İbrahimqızı

17:00 19.10.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Parlamentin dövlət quruculuğu və hüquq siyasəti komitəsinin üzvü Məlahət İbrahimqızı İlham Əliyevin son müşavirədə səsləndirdiyi fikirlərİ hafta.az-a şərh edərkən dediki, son müşavirədə cənab Prezidentin verdiyi mesajlar açıq, aşkar idi, şişirdilmiş büdcə təqdim edənlər cəzalandırılacaq:

“Açıq-aşkar, faktlarla sübut olunsa ki, belə şişirtmə halları var, 10 nəfər də olsa, hamısı həbs olunar. Dövlət büdcəsini dağıdanlara qarşı ciddi tədbirlər də görülüb, həbs olunanlar da olub. İndi mən bir-bir onların adlarını çəkmək istəmirəm. Yəqin ki, indi də cənab prezidenti şübhələndirən müəyyən faktlar olub və ona görə də nəfsinə hakim ola bilməyən bəzi adamlara belə bir ciddi mesaj verdi. Prezident həm də cəmiyyətə öz mesajını verib ki, belə məsələlərdə onlar da laqeyd olmasınlar”.

Məlahət İbrahimqızı düşünür ki, İlham Əliyev ölkədə ciddi islahatlara başlayıb:

"Daha bacarıqlı, işini mükəmməl bilən, gənc kadrlar dəyişikliyi də bu islahatın bir hissəsidir. Onun fikrincə, ehtiyac yarananda İlham Əliyev bu kadr dəyişikliyini aparır".

Siyasət rubrikasından digər xəbərlər