İlon Maskın atası Errol Mask milyarder oğlu haqqında çəkilən bioqrafik filmdə “çarmıxa çəkilməsindən” narahatdır.
Hafta.az-ın yazdığına görə, texnologiya nəhənginin 77 yaşlı atası “The Sun”a müsahibəsində dünyanın ən zəngin adamının həyatından bəhs edən filmin rejissorluğunu və prodüsserliyini edəcək Darren Aronofski ilə görüşmək istədiyini bildirib.
Film Uolter İsaaksonun Errol Maska xoş gəlməyən tərcümeyi-halı əsasında çəkiləcək.
Sentyabrda yayımlanan kitabdan narazılığını bildirən Mask böyük oğlunun həyatında onun pis adam kimi təsvir olunduğuna inanır. “İsaaksonun kitabı doğru deyil, hətta uzaqdan da aktual deyil. Mən bunu Aronofskiyə bildirməliyəm" deyib Errol Mask.
“A24” kanalı bir neçə böyük studiya və kinorejissor arasında gərgin tender müharibəsindən sonra filmin yayım hüquqlarını ala bilib.
Aronofskinin filmi çəkəcəyini elan etdikdən sonra Elon Mask sosial media mesajında belə deyib: “Darrenin bunu etdiyinə şadam. O, ən yaxşılardan biridir”.
İsaakson tərcümeyi-halında Errol Maskı "hiyləgər və xarizmatik xəyalpərəst" kimi təsvir edir.
Kitabdakı bir lətifədə Elon 12 yaşında olarkən Cənubi Afrikanın "veldskool" kimi tanınan səhra düşərgəsinə getməsindən söz açılır. İsaakson yazıb ki, gələcək iş adamı bir çox uşağın həyatını itirdiyi düşərgə şəraitində 10 kiloqram arıqlayıb.
Elon Mask da öz avtobioqrafiyasına Cənubi Afrikada böyüyərkən tez-tez "yekəpərlər tərəfindən döyüldüyünü" söyləyib.