İmişlidə 49 yaşlı qadın bıçaqlanıb

15:50 08.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İmişli rayonunda 49 yaşlı qadın bıçaqlanıb.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.

Belə ki, həmin qəsəbənin sakini, 1970-ci il təvəllüdlü Ayna Əli qızı Əliyevaya yaşadığı mənzildə naməlum maskalı şəxs və ya şəxslər bıçaqla xəsarət yetirib. Yaralı sağ kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.