“İndi mən gülləkeçirməz jiletdə və avtomatla cəbhədə dayanmalıyam…” - Saakaşvili

21:23 01.10.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Mən Gürcüstan və Ukraynanın taleyinin həll olunduğu yerdə olmalıyam”.

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili bildirib ki, onu daxili siyasi ixtilaflar maraqlandırmır, çünki hazırda dünyada daha mühüm hadisələr cərəyan edir və o, ön planda olmalıdır.

Hafta.az xəbər verir ki, “Georgiya Online” nəşrinin yazdığına görə, eks-prezident, bu barədə həbsinin ildönümündə "Facebook"-dakı açıqlamasında danışıb.

"365 gün əsirlikdə. Bu, həm də gürcülərin vətən müharibəsidir ki, orada ölkəmizin var olub-olmayacağı məsələsi həll edilir. Mən sual vermək istəyirəm: “Müasir ordunun yaradıcısı bu böyük döyüşü niyə həbsxanadan izləməlidir?” İndi mən gülləkeçirməz jiletdə və avtomatla cəbhədə dayanmalıyam. Ali Baş Komandanın etibarlı adamı və Ukraynanın sıravi vətəndaşı, Gürcüstanın bir vətənpərvəri kimi mən Gürcüstanın və Ukraynanın taleyinin həll olunduğu yerdə olmalıyam.

Biz mütləq qalib gələcəyik!... Bunu ilk dəfə Rusiyanın genişmiqyaslı hücumunu yaşayan və sizinlə birlikdə ölkəmizi xilas edən bir baş komandan kimi deyirəm.

Məni Gürcüstanın daxili siyasi parçalanması qətiyyən maraqlandırmır, belə bir irimiqyaslı hadisə məni tanıdıqları, Rusiya ilə mübarizəmi bildikləri bir dünyada baş verir. Ya azadlıq, ya ölüm!”, - deyə Saakaşvili qətiyyətlə bildirib.

Oxunma sayı 2581