“İndiki Azərbaycan Cümhuriyyətin varisidir, Zəngəzur, Göyçə...” – erməni politoloqdan etiraf

12:43 06.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Ermənistandan 50 milyard dollar məbləğində təzminat tələb edəcək. Beləliklə, Bakı nəzarətinə götürdüyü əraziləri qanuniləşdirir. Bu isə “anklavlar” deyilən ərazilərə aid deyil. Ola bilsin ki, Azərbaycan Sünik (Qərbi Zəngəzur) vasitəsilə dəhlizin öz yurisdiksiyasına verilməsini tələb etsin”, - Hafta.az bildirir ki, bu fikirləri erməni politoloq Argişti Kiviryan deyib.

Onun sözlərinə görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi son açıqlamaları ilə Rusiya ilə münasibətləri gərginləşdirməyə çalışır.

“Paşinyan nə ətrafında danışıqlar apardığını belə bilmir. Hansı sovet xəritələrindən danışırıq? Azərbaycan Sovet Azərbaycanının deyil, ilk Azərbaycan müsavatçı respublikasının hüquqi varisidir və o dövrün xəritələrinin qəbulu müvəqqəti xarakter daşıyacaq. Müasir Azərbaycan bu respublikanın varisi kimi ən azı Sünikə (Qərbi Zəngəzur), Sevanın (Göyçə) yarısına, hətta İcevan şəhərinə də iddia edir. Bu, Azərbaycanın strateji hədəfləridir. Paşinyan və komandası belə bir fikrin daşıyıcısıdır ki, Ermənistan öz tələblərindən əl çəksə, rəqiblər də öz tələblərindən əl çəkəcəklər. Amma həyat göstərdi ki, bu ideya əsassızdır”.

Oxunma sayı 397
Siyasət rubrikasından digər xəbərlər