İndoneziyada güclü zəlzələ olub

10:53 19.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 19-da İndoneziyanın şərqində yerləşən Papua əyalətində 6 bal gücündə zəlzələ baş verib.

Hafta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentrinin Abepura yaşayış məntəqəsindən 157 kilometr qərbdə, ocağının 80 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər haqqında hələlik məlumat verilmir.