İngiltərədə daha 2 futbolçuda koronavirus aşkarlandı

11:48 24.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İngiltərə Premyer Liqasının komandalarında çıxış edən iki futbolçu koronavirusa yoluxub.

Hafta.az xəbər verir ki, bu barədə "Sky Sports" bildirib.

Qeyd edilir ki, virusa yoluxma halı testlərin ikinci raundundan sonra məlum olub. Koronavirusla bağlı ümumilikdə 996 tibbi analiz götürülüb.

İngiltərə Premyer Liqasının klubları COVID-19 yoxlamalarının nəticələrini dünən axşam alıb. Oyunçulardan analizlər mayın 19-u, 21-i və 22-də məşq bazalarında götürülüb.

Virusa yoluxanların adları adlanmır, amma qeyd edilir ki, onlar müxtəlif komandalarda çıxış edirlər. Həmin oyunçular bir həftə özünütəcrid şəraitində qalmağa məcbur ediləcək.

Oxunma sayı 121