İnsana donuz ürəyi köçürüləcək

11:47 20.08.2019 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Gələcək üç ildə insana donuz ürəyinin köçürülməsi mümkün olacaq. Bu bəyanatla Böyük Britaniyadan olan cərrah-transplantoloq Terens İnqliş çıxış edib. O həmçinin bəyan edib ki, 2019-cu il ərzində donuz böyrəklərinin insana köçürülməsi ilə bağlı ilk əməliyyat da reallaşacaq. Bu barədə hafta.az The Guardian nəşrinə istinadla xəbər verir.

Həkimin sözlərinə görə, əgər böyrək köçürülməsi uğurlu nəticə verərsə, tezliklə donuz ürəyinin də insana köçürülməsi reallaşdırılacaq. Bu addım artan donor tələbatını ödəyəcək. Hazırda Böyük Britaniyada 300 ürək köçürülməsini gözləyən xəstə qeydiyyatdalır. Bu səbəbdən alimlər alternativlər axtarırlar. Donuzun orqanları isə ölçüsünə görə ən ideal sayılır.