Türkiyənin milli müdafiə naziri Azərbaycana gəlib

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt
TürkiyƏnin milli müdafiə naziri İsmət Yılmazın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. Oktyabrın 15-dək davam edəcək səfər Azərbaycan müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin dəvəti əsasında gerçəkləşir. İsmət Yılmazın səfər çərçivəsində müdafiə naziri Səfər Əbiyev, müdafiə sənayesi naziri Yavər Camalov, baş nazir Artur Rasizadə, prezident İlham Əliyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və digər şəxslərlə görüşü nəzərdə tutulub. Türkiyəli nazirin həmçinin Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev, həmçinin daxili qoşunlar komandanı, general-leytenant Zakir Həsənovla görüşləri planlaşdırılır. Səfər çərçivəsində İ.Yılmazın başçılıq etdiyi heyət Müdafiə Sənayesi Nazirliyinin hərbi müəssisələrinə də baş çəkərək Azərbaycanın hərbi-sənaye potensialı ilə tanış olacaq.

Oxunma sayı 52