İsveç azərbaycanlıları İctimai radiosuna həqiqətlərimizdən danışıblar

15:15 29.10.2011
Yazını böyüt
Yazını kiçilt

“Bakının mərkəzində erməni kilsəsi hələ də qorunub saxlanılır“

İsveÇ Azərbaycanlılarının Konqresinin fəalları Dağlıq Qarabağ münaqişəsi haqqında İsveçin İctimai radiosuna geniş müsahibə veribdər. Bir saat davam edən müsahibənin gedişatında Konqresin nümayəndələri Azərbaycanın münaqişənin sülhlə həllinə köklənməsini və bir sira İsveç KİV-lərinin yaydığı məlumata zidd olaraq, ölkədə ermənilərə qarşı qəsddən etnik təmizlənmənin aparılmamasını bildiriblər. “Statistikaya görə, hər hansı diskomfort hiss etmədən Azərbaycanda 30.000 erməni yaşayır. Bundan başqa, erməni ailələr və əsgərlərin könüllü Azərbaycan sərhədini keçməsi halları da tez-tez baş verir“, - Konqresin nümayəndələri müsahibədə belə deyiblər. Konqresin sədri Emil Mirzəyev Dağlıq Qarabağ münaqişəsinin məsələsinə toxunaraq Azərbaycanı təcavüzkar təsvir edən İsveç KİV-lərinin qeyri-obyektiv və haqsız yanaşmaları haqqında narazılığını ifadə edib. O, Dağlıq Qarabağın dinc əhalisinə qarşı erməni silahlı qüvvələrinin cinayətlərini xatırladıb. Həmçinin, öz doğma evlərini tərk etməyə məcbur edilmiş 1 milyon qaçqın barədə məlumat verib. Konqresin nümayəndələri vurğulayıblar ki, BMT-nin dörd qətnaməsinin qəbuluna baxmayaraq, Ermənistan əvvəlki kimi Azərbaycan ərazisinin 20% -i hələ də işğal altında qanunsuz saxlayır. Bundan başqa, söhbətin gedişatında Azərbaycanda başqa dinlərin nümayəndələrinin islamlaşdırılması barədə İsveçdə erməni icmasının yaydığı məlumat da təkzib edilib: “Azərbaycan ən tolerant ölkələrdən biridir. Ölkədə pravoslav və katolik kilsələri, sinaqoqlar fəaliyyət göstərir. Bundan başqa, Bakının mərkəzində erməni kilsəsi saxlanılır, lakin bununla bərabər Azərbaycanın işğal edilmiş ərazilərində bütün məscidlər və müsəlman qəbiristanlıqları ermənilər tərəfindən dağıdılıb“. Müsahibənin sonunda, Konqresin sədri İsveç KİV-lərini regionda baş verən hadisələrə obyektiv və ədalətli qiymət verməyə çağırıb. Bir müddət əvvəl, İsveç Azərbaycanlıları Konqresi İsveç İctimai radiosuna və İsveç Miqrasiya Xidmətinə rəsmi məktub göndərərək Dağlıq Qarabağ münaqişəsi haqqında yalan və saxtalaşdırılmış materiallar haqqında etirazlarını ifadə etmişdilər.