İran maşınları İrəvana indi də bu yolla yük daşıyır - VİDEO

09:21 21.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gorus-Qafan yolunun 21 km-lik hissəsinin Azərbaycan ordusunun nəzarəti altına keçməsi və rəsmi Bakının bu yolla Ermənistana yük daşıyan İran yük maşınlarından rüsum tələb etməsi qarşı tərəfi alternativ variantlara əl atmağa məcbur edib.

Hafta.az saytı xəbər verir ki, Ermənistan mətbuatı İran maşınlarının Gorus-Qafan yolunun Azərbaycan ərazisinə düşən hissəsindən yan keçməklə İrəvana yük daşıdığını əks etdirən video yayıb.

İran yük maşınlarının hərəkət etdiyi yolun Tatev-Qafan dolama yolu olduğu bildirilir.

Bu yolun çətin və təhlükəli olduğu da qeyd edilən məlumatlar sırasındadır.

 
 
Oxunma sayı 89
Gündəm rubrikasından digər xəbərlər