İran prezidenti ilə xarici işlər naziri Bakıya gələcəklər

11:35 21.10.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
İran prezidenti Həsən Ruhani və xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək.
 
Hafta.az yazır ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi mətbuat konfransında deyib. A.Musəvinin sözlərinə görə, İran prezidenti və xarici işlər naziri dost ölkədə rəsmilərlə görüşəcək və Qoşulmama Hərəkatının iclasında iştirak edəcəklər.
 
Qeyd edək ki, 25-26 oktyabr tarixlərində Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü keçiriləcək.
Siyasət rubrikasından digər xəbərlər