İran sərhədçiləri bir tondan çox narkotiki müsadirə etdi 

09:21 26.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranın Dövlət Sərhəd Xidmətinin əsgərləri Sistan-Bəlucistan vilayətində 1 tondan çox narkotik vasitə tutublar.

 

Bu barədə general Əhmədəli Güdərzi mətbuata verdiyi açıqlamda bildirib. O vurğulayıb ki, vilayətin Sərvan bölgəsinin sərhəd alayı xidmət zamanı sərhədi qanunsuz keçməyə cəhd edən qaçaqmalçıları görüb və onları müşahidə ediblər. Qaçaqmalçılar sərhədi keçən zaman həbs olunublar. Onların yükünə baxış keçirilib və 1 ton 177 kiloqram 950 qram narkotik maddə aşkar edilib.

 

General nəzərə çatdırıb ki, hazırda istintaq aparılır və qaçaqmalçıların İrandakı əlaqələri müəyyənləşdirilir. Onun sözlərinə görə, ötən il ərzində sərhədçilər qaçaqmalçılardan 950 ton narkotik vasitə müsadirə ediblər.

Oxunma sayı 33