İran vətəndaşından narkotik götürülüb - FOTO

10:41 13.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən (DSX) hafta.az-a verilən məlumata görə, dekabrın 11-də “Astara” sərhəd nəzarət məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına rəsmi qaydada gələn İran vətəndaşı 1991-ci il təvəllüdlü Asadi Ramin Sedigh oğlunun üzərinə sərhəd və gömrük baxışı keçirilən zaman 25 bükümdə konfet bağlamanın içərisində və xüsusi hazırlanmış gül səbətinin altında gizlədilmiş şəkildə ümumi çəkisi 2 kq 137 qr “tiryək” narkotik vasitə aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs barəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.