İranda 109 yaşlı kişi koronavirusdan sağalıb

17:37 12.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranın Səhiyyə Nazirliyinin bu gün yaydığı məlumata əsasən son sutka ərzində ölkədə 2186 nəfər koronavirusa yoluxub, 194 nəfər isə vəfat edib. Bununla da İranda yoluxanların ümumi sayı 257 min 303 nəfərə, ölənlərin sayı isə 12 min 829-a çatıb.

 

Hafta.az xəbər verir ki, intensiv terapiyada müalicəsini davam etdirən 3359 xəstənin vəziyyəti ağır olaraq qalır. Xüsusi xəstəxanalarda müalicə alan 219 min 993 nəfər isə sağalaraq evə buraxılıb.

 

İranın Gilan vilayətində 109 yaşlı kişi koronavirusdan sağalıb. Həkimlər deyirlər ki, İranda yaşlı adamların sağalması birinci dəfə deyil. Bundan əvvəl də 96, 103 və 98 yaşlı insanlar virusdan sağalıblar.

 

İran Tibb Elmləri Universitetinin rektoru Cəlil Kuxpayzadə bildirib ki, universitetin nəzdindəki laboratoriyada koronavirusa qarşı vaksinin hazırlanması işləri sürətlənib və vaksin 2 aydan sonra sınaqdan keçiriləcək.

Oxunma sayı 832
Dünya rubrikasından digər xəbərlər