İranda növbəti parlament seçkiləri fevralın 21-də keçiriləcək

22:00 11.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranda növbəti parlament seçkiləri gələn ilin fevral ayının 21-də keçiriləcək.

Bu barədə İranın Daxili İşlər naziri Əbdülrza Rəhmani Fəzli deyib.

O, seçki məntəqəsinin açılışında bildirib ki, dekabr ayının 1-dən seçkilərdə iştirak etmək istəyən namizədlərin qeydiyyatına başlanılacaq.

Xatırladaq ki, İranda namizədlərin qeydiyyatı, seçkiyə hazırlıq və seçkilərin keçirilməsi ölkənin Daxili İşlər Nazirliyi tərəfindən reallaşdırılır.