İranda ötən sutkada 111 nəfər koronavirusdan ölüb 

15:56 20.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranda ötən sutka ərzində 111 nəfər koronavirusdan (COVID-19) ölüb.

Hafta.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da, İranda bu virusdan ölənlərin sayı 82 965 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 8 161 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 3 095 135 nəfərə çatıb. Virus daşıyıcılarından 3 279 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 2 748 320 nəfər koronavirusdan sağalıb, 22,4 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda 5,3 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4,38 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 919 min təşkil edir.

Koronavirusa yoluxma üzrə 22 rayon qırmızı və 175 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 251 rayon sarı zona hesab olunur.

Oxunma sayı 509