Yazını böyüt
Yazını kiçilt
İranın Strateji Əhali Araşdırmaları Mərkəzinin prezidenti Salih Qasımi təxminən 85 milyon əhalisi olan İranda ev təsərrüfatlarının və tək yaşayanların sayı barədə məlumat verib.
Hafta.az-ın “Hamshahrionline” xəbər saytına istinadən yazdığına görə, sosial elmlər üzrə ekspert Qasımi, "İranda ev təsərrüfatlarının sayı təxminən 25 milyondur və 3 milyona yaxın insan tək yaşayır" deyib. O bildirib ki, son illər bəzi gənclər iqtisadi problemlər səbəbindən ailələrinə qayıtsalar da, qeyd edilən sayda azalma müşahidə olunmayıb.
“Ailə” dedikdə qohumluq əlaqələrinin olub-olmamasından asılı olmayaraq eyni ünvanda yaşayan icmalar başa düşülür.