İranın vurduğu təyyarədə həlak olanların meyitləri Ukraynaya gətirilib

14:39 19.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranın vurduğu təyyarədə həlak olanların meyitləri Ukraynaya gətirilib. Bu gün meyitlərin olduğu təyyarə Kiyevin  “Borispol” aeroportuna enib.

Qarşılanma mərasimində Ukrayna Prezidenti Vladimir Zelenski, Baş Nazir Aleksey Qonçaruk və Ali Radanın spikeri Dmitriy Razumkov iştirak edib.

Həlak olanların xatirəsinə həsr edilmiş mərasim “Borispol” aeroportunda yerli vaxtla saat 12.00-da keçiriləcək.