İranla sərhəddə narkotik aşkarlandı -FOTO

12:57 16.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriy­­­yəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən (DSX) hafta.az-a verilən məlumata görə, oktyabr ayının 11-də DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti əra­zisində Bəhrəmtəpə-Biləsuvar avtomagistral yolunun yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhədboyu ərazidə hərəkətdə olan ağ rəngli “Mersedes-Benz” markalı 10-UL-622 dövlət nömrə nişanlı avto­mobil saxlanılmışdır.

Avtomobilin sərnişininin Astara rayon sakini 1992-ci il təvəllüdlü Nəsirov Qismət Tahir oğlu olması müəyyənləşdirilmiş, ona məxsus bağla­maya baxış zamanı içərisində ümumi çəkisi 5 kiloqram 400 qram narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülmüşdür.

Oktyabr ayının 13-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­larının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Məsçidməhəllə kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda 1 ədəd bağlama aşkar edilmiş, baxış zamanı içərisində ümumi çəkisi 550 qram “tiryək” narkotik vasitəsinə bənzər maddə və 100 ədəd Tamol-x 225 psixotrop tərkibli dərman preparatları aşkar olunaraq götürülmüşdür.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxunma sayı 35