İraqın baş naziri istefa verir

11:19 30.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İraqın Baş naziri Adel Abdul-Mehdi, İraqın şiə lideri Muktada əs-Sədrin açıqlamalarından sonra istefa etməyə hazır olduğunu bəyan edib.

Hafta.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

“Bu çağırışa cavab olaraq ... mən parlamentə hazırkı hökumətin başçısı vəzifəsindən istefa məktubu təqdim edirəm”, - deyə Baş nazir qeyd edib.

Açıqlamada onun nə zaman baş nazir postundan gedəcəyi bildirilirmir. Lakin parlamentin ölkədəki siyasi böhranı müzakirə etmək üçün təcili iclas çağırdığı vurğulanır.

Qeyd edək ki, noyabrın 29-da İraqın nüfuzlu şiə lideri Müktəd əs-Sədr hazırkı baş nazirin istefa verməyəcəyi təqdirdə İraq dövlətçiliyinin sona çatacağını proqnozlaşdırmışdı. Onun sözlərinə görə, Əbdül-Mehdinin getməsi İraqdakı qan tökülməsinin dayandırılmasına kömək edə bilər.