İrəvanda ticarət mərkəzində partlayış nəticəsində 3 nəfər ölüb, 61 nəfər yaralanıb - YENİLƏNİB-VİDEO

23:12 14.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İrəvanda “Surmalu” Ticarət Mərkəzində baş verən partlayışda daha bir nəfər ölüb.

Hafta.az xəbər verir bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan məlumat verib.

Onun sözlərinə görə, dağıntılar altından bir qadının meyiti çıxarılıb. Bununla da hadisə nəticəsində ölənlərin sayı 3-ə çatıb.

Son məlumatlara görə, xəsarət alanların sayı 61 nəfərdir.

*** 20:43

İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 60 nəfərə çatıb, 2 nəfər həyatını itirib.

Hafta.az-ın xəbərinə görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

*** 20:09

İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 57 nəfərə çatıb, 2 nəfər həyatını itirib.

Hafta.az-ın xəbərinə görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Dağıntılar altından bir qadının meyiti çıxarılıb. Bundan əvvəl partlayış nəticəsində 40-45 yaşlı bir kişinin öldüyü açıqlanıb.

Eyni zamanda xəsarət alan 57 nəfərdən 36-nın durumunun orta-ağır olduğu bildirilib.

*** 17:56

İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 51 nəfərə çatıb, 1 nəfər həyatını itirib.

Hafta.az-ın xəbərinə görə, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Ölən şəxs 40-45 yaşlı kişidir. Hələlik onun şəxsiyyəti müəyyənləşdirilməyib.

*** 17:22

Ermənistanın paytaxtı İrəvanda topdansatış ticarət mərkəzində güclü partlayış baş verib.

Hafta.az erməni KİV-lərinə istinadən xəbər verir ki, partlayış nəticəsində azı 1 nəfər həlak olub, 45 nəfər isə xəsarət alıb.

Partlayışdan sonra başlayan yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

*** 16:18

İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 30 nəfərə çatıb, 1 nəfər həyatını itirib.

Hafta.az-ın xəbərinə görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hazırda hadisə yerində yanğınsöndürmə-axtarış əməliyyatları aparılır. Partlayış zamanı çökən binalardan birinin dağıntıları altında insanların qaldığı istisna edilmir.

*** 15:24

Ermənistanın paytaxtı İrəvanda topdansatış ticarət mərkəzində güclü partlayış baş verib.

Hafta.az erməni KİV-lərinə istinadən xəbər verir ki, partlayış nəticəsində azı 1 nəfər həlak olub, 20 nəfər isə xəsarət alıb.

İlkin məlumata əsasən, ticarət mərkəzində yanğın başlayıb, daha sonra isə partlayıcı maddələrin olduğu anbarda partlayış baş verib. Anbarın üç mərtəbəli binası çöküb.

Hadisə yerində çox sayda xilasedici işləyir.

*** 14:24

Bu gün yerli vaxtla saat 13.23 radələrində İrəvanda "Surmalu" Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış baş verib.

Hafta.az-ın xəbərinə görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə yerinə 8 yanğınsöndürmə briqadası göndərilib.

İlkin məlumata görə, xəsarət alanlar var.

Oxunma sayı 545