İrəvandakı partlayışda 20 nəfər itkin düşüb

22:37 14.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İrəvanda yerləşən “Surmalu” ticarət mərkəzində baş vermiş partlayış nəticəsində 20 nəfər itkin düşüb.

Hafta.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan bildirib.

Məlumata görə, hadisə zamanı itkin düşən azı 20 nəfərin taleyi məlum deyil. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

Ümumilikdə isə partlayış nəticəsində 2 nəfər ölüb, 60 nəfər yaralanıb.

Oxunma sayı 136