“Nabucco“ 1 il gecikə bilər

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt
“Nabucco“ kəməri konsorsiumun payçılarından olan Avstriya şirkəti OMV-nin rəsmisi Herhard Roiss layihənin ləngimə üzündən istismara bir il gec veriləcəyini bildirib. “AFP“ agentliyinə istinadən Avstriya neft və qaz nəhənginin icraçı direktoru ixrac kəməri ilə ilk qazın 2018-ci ildə ötürüləcəyini deyib. “Hazırda malik olduğumuz məlumat budur“, - deyib H.Roiss. “İndiyədək “Nabucco“nun 2017-ci ildə istismara veriləcəyi bildirilib. Avropanın aparıcı layihəsi olan “Nabucco“ Rusiya tərəfindən sərt rəqabətlə üzləşərək qaz mənbələrini təmin etməkdə çətinlik çəkib. Bu səbəbdən yubanmalar Rusiyadan yan keçəcək boru kəmərinin gələcəyi ilə bağlı suallar doğurub“, - yazır AFP agentliyi.
Vüsal