İsmayıllıda ev yanıb

20:25 09.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsmayıllıda yanğın hadisəsi qeydə alınıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, rayonun Kürd Eldarbəyli kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.