İsmayıllıda qəza zamanı ata, ana və övladı ölüb - FOTO

14:51 26.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün İsmayıllıda Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu və “VAZ 2106” markalı minik avtomobilinin toqquşması nəticəsində ölən ata, ana və övladının adları məlum olub.

Hafta.az-ın APA-ya istinadən məlumatına görə, qəza nəticəsində “VAZ 2106” markalı minik avtomobilinin sürücü İlham Quliyev, həyat yoldaşı İlahə Quliyeva və azyaşlı qızı Aysu Quliyeva ölüb.

Ailənin digər üzvü Elcan Quliyev isə qəza zamanı xəsarət alıb.