İspaniya polisi qətliam törətdi - 37 MÜHACİR ÖLDÜRÜLDÜ

09:45 26.06.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünyaya insanlıqdan dərs deyən Qərb daha bir dövlət terroru əsdirdi. İspaniya sərhədlərini keçmək istəyən afrikalı miqrantlara polis tərəfindən atəş açıldı.

Hafta.az-ın Britaniya mətbuatına istinadən yazdığına görə, İspaniyanın Şimali Afrikadakı muxtar statuslu torpağı olan Melilla şəhərinə qanunsuz daxil olmaq istəyən afrikalı mühacirlər, İspaniya polisinin sərt müdaxiləsiylə qarşılaşıb. İngilis mediası yazır ki, ən azı 37 mühacir həlak olub, yaralılar var.

Hadisənin ən pis tərəfi isə budur ki, polisin qətliam törətməsinin qınanacağı və cinayətkarların cəzalandırılacağı gözlənildiyi halda, İspaniyanın Baş naziri Pedro Sançes, Melillaya girməyə çalışan mühacirlərə atəş açdığı üçün polisə təşəkkür edib. 

Xəbərlərə əsasən qətliam törədilən vaxt Mililla sərhədində iki min civarında afrikalı mühacir toplaşıbmış. Bu səbəbdən də ölü sayının 37 deyil, daha çox olması barədə fikirlər var. 

Oxunma sayı 770